Owbike Go 1.9.65

Owbike platforması və saytınız ilə əlaqəli suallarınızın cavabını burada tapa bilərsiniz!


 

Tətbiqlər

Paneldə hər kontent növü üçün fərqli tətbiq mövcuddur. Bütün tətbiqlər panelin ən sol hissəsində vertikal rəfdə yerləşib.

 

HAMISINA BAX
4

Ziyarətçilərin sizinlə birbaşa sayt vasitəsilə əlaqəyə keçməsi; saytınıza abunəlik, anket, sorğu və s. tipli məqsədlər üçün Owforms tətbiqindən istifadə edə bilərsiniz. Bu tətbiq vasitəsilə müxtəlif formalar yaradıb saytın istənilən hissəsinə yerləşdirə bilərsiniz.

ƏTRAFLI
5

Bu tətbiq saytda məqalə tipli mətnlərin yazılması və onları müəyyən xüsusiyyətlərinə görə bölmələrdə kateqoriyalaşdırmaq üçündür. Owtext tətbiqindən istifadə etmək üçün xüsusi hansısa tarifə keçmək lazım deyil; bütün tariflərdə bu tətbiq istifadəyə açıqdır.

ƏTRAFLI
7

Bu tətbiq vasitəsilə siz sistemə şəkillər yükləyə və onları albomlarda yerləşdirə bilərsiniz. Bu tətbiqdən heç bir tarifə keçmədən istifadə edə bilərsiniz; Owphoto bütün tariflərdə istifadəyə açıqdır.

 

ƏTRAFLI
Tez-tez soruşulan suallar

Tez-tez soruşulan suallar

Bəzi suallar bizə istifadəçilər tərəfindən tez-tez ünvanlanır. Bu hissədə həmin sualları cavabları ilə birlikdə yerləşdirdik ki, siz də bənzər suala rahatlıqla cavab tapasınız.

Owblocks tətbiqində sistemə yüklədiyiniz şəkillərlə slayderlər yaratmaq mümkündür. Slayder, adətən, səhifələrin yuxarı hissələrində yerləşən irihəcmli şəkillər toplusudur.

Saytınızda şirkət/firmanızın yerləşdiyi ünvanı qeyd etmək önəmlidir. Müştərilərin sizi daha tez və rahat tapması üçün ünvanı Google Xəritənin vasitəsilə yerləşdirmək məsləhətdir.

 

Loqo şirkət/firma məhsullarının brend olaraq tanınması üçün yaradılır və adətən, şəkil, simvol, ikon, bəzən isə tekstdən ibarət olur. Saytınızda şirkətin loqosunu yerləşdirmək üçün ilk öncə onu blok formasında yaratmaq lazımdır.