Owblocks






undefined  Owblocks

 

             

 

 

                        

     


Owblocks tətbiqi saytınızda blok strukturunu idarə etmək üçündür. Bu tətbiq vasitəsi ilə siz müxtəlif bloklar yaradıb, onları saytın sahifələrinə yerləşdirə bilərsiniz. Həmçinin sonradan blokları redaktə etmək, silmək və nüsxələmək də mümkündür.

My default image  



 

Blok nədir?

Saytın kontent tərkibini vizual təsəvvür olaraq hissələrə parçaladıqda ortaya çıxan dördkünc formalı hissələrə blok deyilir. Saytdakı menyular, slaydşoular, şəkil və mətn birləşmələri, digər səhifələrdən kiçik parçalar, loqonun əks olunduğu hissə, xəritə, video və s. hissələr ümumi olaraq blok adlandırılır. AşağıdakI nümunədə saytdakı bloklar qırmızı çərçivələrə alınmışdır:

 

My default image 




Owblocks tətbiqindən istifadə

Owblocks bütün tariflərdə istifadəyə açıqdır.

Owblocks tətbiqi admin panelin sol tərəfində yerləşir.

undefined 

 

Menyu:

  • Bloklar - tətbiqə ilk dəfə daxil olduqda bu səhifə ilə qarşılaşırsınız. Yeni blok yaratmaq üçün "Yarat" düyməsinə basın. Bu zaman "Blok yarat" səhifəsinə yönləndiriləcəksiniz. Yaratdığınız blokların hamısını sonradan "Bloklar" sahəsində tapa biləcəksiniz. 
  • Blokları yerləşdir - Yaratdığınız blokları bu sahədə saytın səhifələrinə yerləşdirə bilərsiniz.
  • Kömək düyməsi - "Bloklar" və "Blokları yerləşdir" sahələri haqqında detallı oxumaq üçün sizi müvafiq təlimatlara aparan düymədir. Düyməyə basdıqda admin panelin sağ tərəfində təlimatlar paneli açılır. Panelin aşağı hissəsində isə suallarınızı birbaşa bizə ünvanlaya biləcəyiniz çat yerləşir.





 

Tətbiqin imkanları

 

Blokların yaradılışı

Tətbiq vasitəsi ilə struktur bloklarını yaratmaq olar

 

Blokların yerləşdirilməsi

Tətbiq vasitəsi ilə yaradılmış blokları səhifələrə yerləşdirmək olar

 

Blokların redaktə edilməsi

Tətbiq vasitəsi ilə yaradılmış blokları səhifələrə yerləşdirmək olar