Owblocks tətbiqinin “Bloklar” səhifəsində “Yarat” düyməsinə basdığınız zaman yarada biləcəyiniz blokların göründüyü səhifə açılır.
Bu səhifədə “Ümumi” kateqoriyasında yerləşən “Menyu” seçimini etdiyiniz zaman menyu yaratmaq üçün səhifə açılır.
Menyu səhifəsi saytınızda səhifələr arası naviqasiya rolunu oynayan Menyuları yaratmaq üçündür. Menyu izləyicilərə saytın vacib səhifələrinə keçidi asanlaşdırır. Owbike sistemində siz saytınızda istədiyiniz qədər menyu yaradıb, istənilən səhifə və hissələrə yerləşdirə bilərsiniz. Ən vacib səhifələrə keçidləri özündə daşıyan menyunu saytın üst hissəsinə yerləşdirməyiniz tövsiyyə olunur.
Menyu yarat səhifəsinin imkanları:
-
“Menyunun başlığı” hissəsinə yazdığınız söz sayta kiçik ekranlı cihazlardan baxarkən menyunun adı olaraq görsənəcəkdir. Həmçinin, yaratdığınız Menyu blokunun adı olacaqdır.
-
“Status” hissəsində “Göstər” seçdikdə Menyu aktiv olacaqdır, “Gizlət” seçimi isə menyunuzu deaktiv saxlayır. Bu seçim menyu blokunu yaradıb, sayta yerləşdirdikdən sonra onu istənilən vaxt yerindən çıxarmadan görüntüyə gizli və ya açıq edə bilmək üçündür.
-
“Bəndlər” ilə menyunun alt bəndlərini yaradıb, müxtəlif materiallara keçidləyə bilərsiniz. + işarəsinə basdıqda Yeni bənd yaranır və bəndin xüsusiyyətlərini qeyd edə biləcəyiniz forma açılır.
-
“Bənd” hissəsində yazacağınız söz menyunun bu bəndinin adını təyin edəcək.
-
“Keçid” hissəsi bəndin üzərinə basdıqda istifadəçinin hansı səhifəyə keçəcəyini təyin etmək üçündür. 2 növ keçid(link) ilə əlaqələndirə bilərsiniz: daxili və xarici.
Daxili keçidlər seçimi ilə menyu bəndini paneldə yaratdığınız səhifə, bölmə və mətnlər ilə əlaqələndirə bilərsiniz. Məsələn, siz “Əsas” bəndinə Owpages tətbiqində yaratdığınız “Əsas” səhifənizi bərkidə bilərsiniz.
Xarici keçidlər isə sizin saytınızdan başqa bir vebsaytın səhifəsinə keçid düyməsi yaratmaq üçündür. Məsələn, əgər saytınızın menyusunda Facebook səhifənizə keçid əlavə etmək istəyirsinizsə, “Xarici keçid” seçib, müvafiq sahəyə Facebook səhifənizin linkini yaza bilərsiniz.
Əgər Bəndi heç bir link ilə əlaqələndirmək istəmirsinizsə, “Keçidsiz” seçimini edə bilərsiniz.
-
“Açılsın” hissəsində klikləndiyi zaman linkin hal-hazırda olduğunuz pəncərədə, yoxsa yeni pəncərədə açılacağını da müəyyən etmək üçündür.
-
“Yadda Saxla” düyməsini basdıqdan sonra menyu bloku yaradılmış olacaqdır və müvafiq "Blok müvəffəqiyyətlə yaradıldı!" bildirişi çıxacaqdır.
-
“Təmizlə” düyməsi bütün doldurmuş olduğunuz sahələri və bəndləri siləcəkdir.
-
“İmtina et” düyməsini basdıqda əməliyyat ləğv olunacaq və “Bloklar” səhifəsinə geri qayıtmış olacaqsınız.
Menyunu yaratdıqdan sonra “Bloklar” səhifəsinə daxil olub, görə bilərsiniz.
Menyunun yerləşdirilməsi digər blokların yerləşdirilməsi kimi baş verir.