Status menyu

Status menyu menyu zolağının ən sağ hissəsində yerləşir. 

 

My default image   

 

Status menyunun elementləri:

 

  • Detallı baxış - sayta keçid etmədən saytınızın hər xırda detalını admin panelin içindəcə görə bilərsiniz.
  • Tarix - Admin panelə hər daxil olduğunuzda günün tarixini görə bilərsiniz.
  • Saat - Günün ilərləyən dəqiqələri admin paneldə əks olunur.

  • Yenilənmələr - Saatın sağ tərəfində yerləşən ikon sistemdə yenilənmələr baş verən zaman bildiriş rolunu oynayır. Sistemdə yenilənmələr olduqda ikon sarı rəngdə olur və üzərinə basdıqda istifadəçi baş verən yenilikləri siyahı halında oxuya bilir.

  • Yaddaş həcmi - Səhifələr, səhifə qrupları yaratdıqca və şəkillər yüklədikcə mümkün yaddaş həcmi azalır. Kursoru yaddaş həcminin üstünə gətirdikdə həcmin (MB) hansı hissəsinin istifadə olunduğunu, nə qədər həcmin isə boş qaldığını görə bilərsiniz. Yaddaş həcmi hər tarifdə fərqlidir.

  • Adınız və soyadınız - istifadəçinin Funksional menyunun Panel bəndinin Profil pəncərəsində Şəxsi məlumatlar sahəsində qeyd etdiyi ad və soyad burada əks olunur.