Sadə səhifələr

Saytınızda səhifələr yaratmaq üçün ideal alət. Səhifənin başlığını, kontentini və hətta linkini belə özünüz təyin edə bilərsiniz. Səhifənin kontent hissəsini tərtib etmək üçün daxili mətn redaktoru işinizi dəfələrlə asanlaşdıracaq.  

“Sadə” səhifələr saytın bildiyimiz adi səhifələridir. 

My default image  

Sistemdə bir sadə səhifə yaradıb buraya bloklar yerləşdirdikdə, həmin blokların yerləşmə dizaynı sonradan yaradılan bütün sadə səhifə təyinatlı səhifələrə şamil olunur. Məsələn, əgər siz "Haqqımızda" adlı sadə səhifə yaradıb menyu blokunu sağ yuxarı küncdə yerləşdirmisinizsə, sonradan yaradılan bütün sadə səhifələrdə menyu sağ yuxarı küncdə yerləşəcəkdir. Blokların yerləşməsini özünüz tənzimləmək istəyirsinizsə, "Xüsusi səhifə" təyinatını seçməlisiniz.

Əlavə olaraq qeyd etmək lazımdır ki, Owpages-da heç bir səhifə sayı limiti yoxdur. Yəni, saytınızda istədiyiniz qədər səhifə yarada bilərsiniz.