Tarifin aylıq ödənişi

Saytın işlək olması üçün onun hər hansı tarifdə olması zəruridir. Sayt yaradıldığı zaman tarifə keçid üçün 3 saat tarifsiz istifadə müddəti verilir. Bu müddət ərzində istifadəçi admin paneldən hər hansı tarifə keçid etməlidir. Əks halda Sayt deaktiv rejimə keçirilir. Əgər tarifə ilk dəfə keçirsinizsə, onun sınaq müddətindən yararlana bilərsiniz. Hər bir tarifin öz müəyyən sınaq müddəti var. Bu müddət ərzində heç bir ödəniş tələb olunmur. Sınaq müddəti bitdikdə siz ya digər tarifə keçməlisiniz, ya da tarifin aylıq ödənişini etməlisiniz. Əks halda sayt deaktiv rejimə keçirilir.




Tarifin aylıq ödənişini etmək üçün bu addımları edin:

1. Saytınızın admin panelinə daxil olun.

My default image 

 

 

2. Əsas menyu hissəsində “Ödəniş” bəndindən “Tarif” pəncərəsini açın.

My default image 

 

 

3. Tarif pəncərəsində hazırda istifadə etdiyiniz tarifə tərəf skrollayırsınız. Digər tariflərdən fərqli olaraq istifadə etdiyiniz tarifin yanında “Ödəniş et” düyməsi olur. İstifadə etmədiyiniz tariflərdə isə “Tarifə keç” düyməsi var. (Əgər siz hələ heç bir tarifə keçməmisinizsə, sizə uyğun tələblərinizə uyğun olanını müəyyən edib keçid edin)

My default image 


My default image 

 

 

4. İstifadə olunan tarifə tərəf yönəldikdən sonra tarifin detallar hissəsində duran “Ödəniş et” düyməsini sıxın.

My default image 

 

 

5. Açılmış kiçik “Tarifin ödənişi” pəncərəsində tarifin hansı müddətə qədər - yəni saytın bu tarif üzrə hansı müddətə qədər aktiv olmasını istədiyiniz tarixi seçin. İlkin olaraq bu seçimdə tarifə keçiddən bir ay sonraki tarix və ya əgər tarif daha öncələr də ödənilibsə son ödəlmiş tarixdən bir ay sonraki tarix durur. Əgər bir aydan daha çox müddəti bir dəfəyə ödəmək istəyirsinizsə, seçimdə tarixi dəyişə bilərsiniz.

Pəncərədə həmçinin həmin tarix üzrə və tarifin aylıq ödənişi üzrə nəticə hesablanaraq “Qiymət” sətrində göstərilir. Tarix və qiyməti dəqiqləşdirdikdən sonra “Ödəniş et” düyməsini klikləyin.

My default image 

 

 

6. “Ödəniş” bitdiyi zaman “Ödənildi!” bildirişi görsənəcəkdir. Həmçinin ödəniş barədə “Balans” pəncərəsinə də məlumat əlavə olunacaqdır.

My default image 


 

 

 

Qeydlər:

  • Balansınızda yetəri məbləğ olmadıqda bu barədə müvafiq bildiriş çıxacaqdır. Bu zaman ödənişi etmək üçün Balansınızı artırmalısınız.
  • Əgər ödənişi vaxtından gec ödəmisinizsə və saytınız avtomatik deaktiv olunubsa, ödəniş etdikdən sonra saytı təkrarən Aktiv rejimə keçirməlisiniz.