Balans

Saytınızda istifadə edilən ödənişli imkanlar üçün admin paneldə Balans hissəsi mövcuddur. Balans saytınızın aktivliyini təmin edən tarifin aylıq ödənişini etmək üçündür. Gələcəkdə sistemə əlavə olunacaq ödənişli imkanlardan yararlanmaq üçün də Balansdan istifadə olunacaq.

 

Balansı artırmaq üçün bu addımları edin:

1. Saytınızın admin panelinə daxil olun.

My default image 

 

2. Əsas menyu hissəsində “Ödəniş” bəndindən “Balans” pəncərəsini açın.

My default image 

 

3. “Balansı artır” düyməsini sıxın

My default image 

 

4. Açılmış kiçik “Balansı artır” pəncərəsində artırmaq istədiyiniz məbləği daxil edib “Davam et” düyməsini sıxın. Nəzərə alın ki, məzənnə olaraq AZN istifadə olunur.

My default image 

 

5. “Davam et” düyməsini sıxdıqdan sonra pop-up pəncərə açılmalıdır. Əgər brauzerinizdə pop-up pəncərələr blokludursa, müvafiq “düyməni” sıxaraq Hesab səhifəsinə yönlənməlisiniz.

My default image 

 

6. Hesab səhifəsində Ödəmə üsulu olaraq “Visa/Master Card” seçilmiş olacaq. İcraçı, sifarişçi, məbləğ barədə və digər məlumatlar ilə tanış olduqdan sonra “Ödə” düyməsini sıxın.

My default image 

 

7. Portmanat sistemində kart məlumatlarınızı daxil edib ödənişi həyata keçirirsiniz.

My default image 

 

8. Əməliyyat düzgün yerinə yetirildikdə avtomatik Hesab səhifəsinə geri qayıdacaqsınız və burada artıq status sətrində hesabın ödənilmiş olduğu qeyd olunacaq.

My default image 

 

 

9. Brauzerinizdə Saytınızın Admin panelinin açıq olduğu Tab-a qayıtsanız, balansın artmış olduğunu görəcəksiniz.

My default image 

 

10. Pəncərədə “Ödəniş tarixçəsinə” nəzər yetirsəniz, Balansı artırmağınız barədə məlumatın qeyd olduğunu görəcəksiniz

My default image 



 

 

Qeydlər:

  • Balansınızı artıran zaman virtual qəbzlərin düzgün tərtib olunması üçün Admin paneldə Profil pəncərəsində Adınızı və Soyadınızı qeyd etməlisiniz.
  • Hazırda yalnız Visa/Master Card ödəniş üsulu istifadədədir. Ödənişlər Portmanat vasitəçiliyi ilə Bank kartı üsulu ilə həyata keçirilir.