Səhifələrin silinməsi

Owpages tətbiqinə daxil olduqda sol tərəfdə yaratdığınız səhifələrin siyahısı yerləşir.

My default image

 

Səhifələrin adlarının yanında qırmızı “x” işarəsi var. Silmək istədiyiniz səhifənin yanındakı həmin işarəyə basaraq səhifəni silə bilərsiniz. 

 

Qeydlər :

  • Silinən səhifəni bərpa etmək mümkün deyil.

  • Səhifəni sildiyinizdə o səhifədə yerləşdirdiyiniz bloklar silinmir. Həmin blokların yerləşməsi Owblocks tətbiqində “yerləşdirilməyib” kimi qeyd olunur.

  • Bəzi səhifə tipləri var ki, o tipdə yalnız 1 səhifə yaratmaq mümkündür : Əsas, Səhifə mövcud deyil, Saytın xəritəsi, Hazırlanma səhifəsi. Yəni, qeyd olunan tiplərdə 1 səhifə yaradandan sonra yeni səhifə yaradan zaman artıq həmin səhifə tipləri seçimlər arasında görünmür. Lakin əgər bu tiplərin hər hansı birində olan səhifə silinərsə, yeni səhifə yaradarkən seçimlər arasında həmin tip yenidən görsənəcəkdir.  

  • Silinən səhifənin linkinə daxil olan zaman ziyarətçi “404” xəta ilə qarşılaşa bilər. Sistemdə “404” xətalı səhifələrin necə görünəcəyini də özünüz müəyyənləşdirə bilərsiniz. (Səhifə mövcud deyil səhifə tipini seçməklə)