Şifrənin dəyişdirilməsi

Saytın admin panelinin şifrəsi sayt yaradıldığı zaman təyin olunur. Admin panelə daxil olmaq üçün şifrənin daxil olunması zəruridir.

Şifrəni dəyişmək üçün bu addımları edin:

1. Saytınızın admin panelinə daxil olun.

My default image



2. Əsas menyu hissəsində “Panel” bəndindən “Profil” pəncərəsini açın.

My default image



3. Profil pəncərəsində “Hesab Məlumatları” sahəsinin “Şifrə” sətrinin ən sağ tərəfindəki  🖉 (qələm) işarəsini sıxın. 

My default image



4. Şifrə sətrində açılmış sahəyə yeni şifrəni yazın.

My default image



5. Profil pəncərəsinin “Hazırki şifrəniz” sətrində hazırda istifadə olunan(köhnə) şifrəni daxil edin və “Yadda saxla” düyməsini sıxın.

My default image

 

6. Profil pəncərəsinin üst hissəsində Məlumat yeniləndi yazısı şifrənin dəyişdirildiyini təsdiqləyəcək.



My default image




Şifrəni unutduğunuz halda bu addımları edin:

1. Admin panelə daxil olmadan “Giriş”  bölməsinin aşağı hissəsində yerləşən “Unutmuşam” keçidinə klikləyin.

2. Açılan “Şifrənin bərpası” bölməsində “Email” ünvanınızı yazın və “Göndər

düyməsini sıxın. 

3. “Email” ünvanınıza daxil olun və göndərilmiş təsdiq məktubunda “Təsdiqlə” düyməsini sıxın.

4. Açılan “Şifrənin Dəyişdirilməsi” pəncərəsinə 2 dəfə yeni təyin etmək istədiyiniz şifrəni daxil edin və “Dəyiş” düyməsini sıxın.

5. Şifrənin uğurla yeniləndiyi barədə bildiriş aldıqdan sonra “daxil ol” düyməsinə klikləyin.

6. Son olaraq “Email” ünvanını və yenilənmiş “Şifrə”-ni yazaraq admin panelə daxil ola bilərsiniz.




Qeydlər:

Şifrənizin güvənli olması üçün ən az 8 simvoldan istifadə olunmalıdır. Şifrəni mürəkkəb etmək üçün hərflərlə bərabər rəqəmlərdən, işarələrdən istifadə etmək məsləhətdir. Güvənliyi artırmaq üçün şifrənin mümkün qədər uzun olmasına çalışın və müxtəlif ölçülü hərflərlə yazın. Rahat yadda qalan, lakin başqalarının bilmədiyi söz və kəlmərdən istifadə edin. Eyni şifrəni müxtəlif yerlərdə istifadə etməyin. Bank kartını n nömrəsini, email ünvanınızı heç vaxt şifrə kimi istifadə etməyin.