Owblocks
Owblocks tətbiqi saytınızda blok strukturunu idarə etmək üçündür. Bu tətbiq vasitəsi ilə siz müxtəlif bloklar yaradıb, onları saytın sahifələrinə yerləşdirə bilərsiniz. Həmçinin sonradan blokları redaktə etmək, silmək və nüsxələmək də mümkündür.
Blok nədir?
Saytın kontent tərkibini vizual təsəvvür olaraq hissələrə parçaladıqda ortaya çıxan dördkünc formalı hissələrə blok deyilir. Saytdakı menyular, slaydşoular, şəkil və mətn birləşmələri, digər səhifələrdən kiçik parçalar, loqonun əks olunduğu hissə, xəritə, video və s. hissələr ümumi olaraq blok adlandırılır. AşağıdakI nümunədə saytdakı bloklar qırmızı çərçivələrə alınmışdır:
Owblocks tətbiqindən istifadə
Owblocks bütün tariflərdə istifadəyə açıqdır.
Owblocks tətbiqi admin panelin sol tərəfində yerləşir.
Menyu:
- Bloklar - tətbiqə ilk dəfə daxil olduqda bu səhifə ilə qarşılaşırsınız. Yeni blok yaratmaq üçün "Yarat" düyməsinə basın. Bu zaman "Blok yarat" səhifəsinə yönləndiriləcəksiniz. Yaratdığınız blokların hamısını sonradan "Bloklar" sahəsində tapa biləcəksiniz.
- Blokları yerləşdir - Yaratdığınız blokları bu sahədə saytın səhifələrinə yerləşdirə bilərsiniz.
- Kömək düyməsi - "Bloklar" və "Blokları yerləşdir" sahələri haqqında detallı oxumaq üçün sizi müvafiq təlimatlara aparan düymədir. Düyməyə basdıqda admin panelin sağ tərəfində təlimatlar paneli açılır. Panelin aşağı hissəsində isə suallarınızı birbaşa bizə ünvanlaya biləcəyiniz çat yerləşir.
Tətbiqin imkanları
Blokların yaradılışı
Tətbiq vasitəsi ilə struktur bloklarını yaratmaq olar
Blokların yerləşdirilməsi
Tətbiq vasitəsi ilə yaradılmış blokları səhifələrə yerləşdirmək olar
Blokların redaktə edilməsi
Tətbiq vasitəsi ilə yaradılmış blokları səhifələrə yerləşdirmək olar