inSocial

inSocial tətbiqi saytın səhifələrinin sosial şəbəkələrdə paylaşıldığı zaman necə görsənəcəyini idarə edə bilməniz üçündür.

 

Tətbiq admin paneldə tətbiqlər rəfində yerləşir :

My default image



Tətbiqə daxil olduğunuz zaman tətbiq barədə qısa məlumat verən pəncərə açılır.

My default image



“Siyahı” sahəsinə daxil olduğunuzda paneldə yaratdığınız bütün materialları aid olduğu tətbiqlər ilə birlikdə görəcəksiniz.

 

My default image

 

İstənilən materialın adına basdıqda yeni pəncərə açılacaq. Məhz bu pəncərədə materialın sosial şəbəkədə paylaşılan zamankı görünüşünü tənzimləyə bilərsiniz.

My default image



  • “Başlıq" sətrində səhifənin hansı ad altında paylaşılmasını istəyirsinizsə, o adı yazın.

  • “Qısa mətn” sətrində isə səhifənin təsvir və ya izahını (description) qeyd edin.

  • Üzərində işlədiyiniz səhifənin daxili mətn hissəsində şəkil varsa, yaxud şəkli fayl olaraq yükləmisinizsə, tətbiq o şəkli avtomatik seçərək, “Şəkil” sahəsinə əlavə edəcək. Əgər şəkil qeyd olunan hər iki formada yüklənilibsə, tətbiq onların arasından paylaşılan sosial şəbəkəyə daha uyğun olanı seçəcək və sahəyə əlavə edəcəkdir.

  • Əməliyyat bitdikdən sonra “Yadda saxla” düyməsinə basmağı unutmayın.