Menyunu necə yaradım?

Menyu saytınızda əsas naviqasiya vasitəsidir. Menyu izləyicilərə saytın vacib səhifələrinə keçidi asanlaşdırmaq üçündür. Bu təlimat ən vacib səhifələrə keçidləri özündə daşıyan menyunun yaradılması və saytda yerləşdirilməsi barədə məlumat verir.

 

Owblocks tətbiqinin “Bloklar” səhifəsində “Yarat” düyməsinə basdığınız zaman yarada biləcəyiniz blokların göründüyü səhifə açılır. 

My default image

 

My default image

Bu səhifədə “Ümumi” kateqoriyasında yerləşən “Menyu” seçimini etdiyiniz zaman menyu yaratmaq üçün səhifə açılır.

Menyu səhifəsi saytınızda səhifələr arası naviqasiya rolunu oynayan Menyuları yaratmaq üçündür. Menyu izləyicilərə saytın vacib səhifələrinə keçidi asanlaşdırır. Owbike sistemində siz saytınızda istədiyiniz qədər menyu yaradıb, istənilən səhifə və hissələrə yerləşdirə bilərsiniz. Ən vacib səhifələrə keçidləri özündə daşıyan menyunu saytın üst hissəsinə yerləşdirməyiniz tövsiyyə olunur.

My default image

 

Menyu yarat səhifəsinin imkanları:

 

  • “Menyunun başlığı” hissəsinə yazdığınız söz sayta kiçik ekranlı cihazlardan baxarkən menyunun adı olaraq görsənəcəkdir. Həmçinin, yaratdığınız Menyu blokunun adı olacaqdır.

  • “Status” hissəsində “Göstər” seçdikdə Menyu aktiv olacaqdır, “Gizlət” seçimi isə menyunuzu deaktiv saxlayır. Bu seçim menyu blokunu yaradıb, sayta yerləşdirdikdən  sonra onu istənilən vaxt yerindən çıxarmadan görüntüyə gizli və ya açıq edə bilmək üçündür.

My default image




  • “Bəndlər” ilə menyunun alt bəndlərini yaradıb, müxtəlif materiallara keçidləyə bilərsiniz. + işarəsinə basdıqda Yeni bənd yaranır və bəndin xüsusiyyətlərini qeyd edə biləcəyiniz forma açılır. 

My default image





  • “Bənd” hissəsində yazacağınız söz menyunun bu bəndinin adını təyin edəcək.

  • “Keçid” hissəsi bəndin üzərinə basdıqda istifadəçinin hansı səhifəyə keçəcəyini təyin etmək üçündür. 2 növ keçid(link) ilə əlaqələndirə bilərsiniz: daxili və xarici. 

My default image



Daxili keçidlər seçimi ilə menyu bəndini paneldə yaratdığınız səhifə, bölmə və mətnlər ilə əlaqələndirə bilərsiniz. Məsələn, siz “Əsas” bəndinə Owpages tətbiqində yaratdığınız “Əsas” səhifənizi bərkidə bilərsiniz.

 My default image



Xarici keçidlər isə sizin saytınızdan başqa bir vebsaytın səhifəsinə keçid düyməsi yaratmaq üçündür. Məsələn, əgər saytınızın menyusunda  Facebook səhifənizə keçid əlavə etmək istəyirsinizsə, “Xarici keçid” seçib, müvafiq sahəyə Facebook səhifənizin linkini yaza bilərsiniz.

My default image



Əgər Bəndi heç bir link ilə əlaqələndirmək istəmirsinizsə, “Keçidsiz” seçimini edə bilərsiniz.

My default image



  • “Açılsın” hissəsində klikləndiyi zaman linkin hal-hazırda olduğunuz pəncərədə, yoxsa yeni pəncərədə açılacağını da müəyyən etmək üçündür. 

 

My default image




  • “Yadda Saxla” düyməsini basdıqdan sonra menyu bloku yaradılmış olacaqdır və müvafiq "Blok müvəffəqiyyətlə yaradıldı!" bildirişi çıxacaqdır.

My default image



  • “Təmizlə” düyməsi bütün doldurmuş olduğunuz sahələri və bəndləri siləcəkdir.

  • “İmtina et” düyməsini basdıqda əməliyyat ləğv olunacaq və “Bloklar” səhifəsinə geri qayıtmış olacaqsınız.



Menyunu yaratdıqdan sonra “Bloklar” səhifəsinə daxil olub, görə bilərsiniz.

My default image

 

Menyunun yerləşdirilməsi digər blokların yerləşdirilməsi kimi baş verir.