Əsas səhifənin yaradılması

Saytın Əsas səhifəsi sayta təkcə domen üzrə daxil olarkən açılan bəzən  "Əsas səhifə", bəzən isə "Ana səhifə" adlandırılan üzlük səhifəsidir.

Saytın Əsas səhifəsi bütün önəmli məlumatları özündə cəmləşdirir. Saytda menyudan sonra 2-ci naviqasiya vasitəsidir, belə ki, adətən, əsas səhifədə digər əhəmiyyətli daxili səhifələrdən kiçik parçalar yerləşdirilir. Məsələn: əgər saytda "Xəbərlər" bölməsi varsa, ən son xəbərlərin bir neçəsi qısa formada əsas səhifədə əks olunur.

 

 

 

Saytda Əsas səhifə yaratmaq üçün aşağıdakı addımları etmək lazımdır:

 

1. Saytınızın admin panelinə daxil olun:

My default image 


 

2. Panelin aşağı hissəsində yerləşən tətbiqlər rəfindən Owpages tətbiqinə daxil olun:

My default image 

Tətbiqə daxil olduqda tətbiqin sol tərəfində mövcud səhifələr siyahısında “Əsas” seçimini görəcəksiniz. Owbike sistemində sayt yaratdıqda saytın əsas səhifəsi artıq avtomatik olaraq yaradılır.

 

My default image 

 

 

 

3. “Əsas” səhifəyə daxil olun. “Səhifənin başlığı” sətrinə saytınızda "Əsas" yazın.

My default image 

 

Səhifənin daxili” hissəsində gördüyünüz mətn hazırda saytınızda gördüyünüz mətndir.

My default image 

 

 

4. “Səhifənin daxili” hissəsidə müxtəlif formatlarda dizayn verilmiş yazılar, fərqli şriftlər, şəkillər və Geniş imkanlı mətn sahəsinin verdiyi digər imkanlar ilə Əsas səhifədə yerləşdirmək istədiyiniz kontenti tərtib edin.

My default image 


 

5. “Status” sətrində “Göstər” seçimini edin.

My default image 

 

 

6. “Tip” hissəsində  “Əsas səhifə” seçimini edin.

My default image 



7. Əməliyyat bitdikdən sonra “Yadda Saxla” düyməsini basın. Düyməni basdıqdan sonra "Redaktə etmə uğurla başa çatdı!" bildirişi çıxacaqdır.

My default image