Saytınızda şirkət/firmanızın yerləşdiyi ünvanı qeyd etmək önəmlidir. Müştərilərin sizi daha tez və rahat tapması üçün ünvanı Google Xəritənin vasitəsilə yerləşdirmək məsləhətdir.
Google xəritəni yaratmaq üçün aşağıdakı addımları etmək lazımdır:
1. Saytınızın admin panelinə daxil olun:
2. Panelin aşağı hissəsində yerləşən tətbiqlər rəfindən “Owblocks” tətbiqinə daxil olun.
3. Açılan “Bloklar” səhifəsində “Yarat” düyməsini sıxın.
4. “Ümumi” bloklar sahəsindən “Google Xəritə”ni seçin.
5. Açılan pəncərənin “Başlıq” sətrində ünvanın saytınızda hansı adla görsənəcəyini müəyyən etmək üçündür. Aşağıdakı 2-ci şəkildə nümunə olaraq sadəcə “Ünvan” yazılıb.
6. İframe bir səhifənin içərisinə fərqli bir internet səhifəsini çağırıb, görüntüləmənizə kömək edən html etiketidir. Yəni, saytda görünməsi üçün siz ikinci sətirdə ünvanınızın Google Xəritədəki iframe kodunu yazmalısınız. Bunun üçün:
-
Google Xəritəyə daxil olun.
-
Axtarış hissəsində öz şirkətinizi/firmanızın adını yazın.
-
“Paylaş” (Share) ikonuna klikləyin.
-
Açılan pəncərənin “embed a map” hissəsinə daxil olun.
-
Gördüyünüz html linki “Copy HTML” düyməsinə basaraq kopyalayın. Aşağıda “Kopyalandı” (Copied to clipboard) bildirişi çıxacaq.
7. Panelə qayıdıb, kopyaladığınız linki “iframe kodu” sətrinə yapışdırın.
8. Ünvanın saytda görünməsi üçün “Status” sətrində “Göstər”, əks hal üçün “Gizlət” seçimini edin.
9. Əməliyyat bitdikdən sonra “Əlavə et” düyməsinə klikləyin.
Google Xəritə Blokunun sayta yerləşdirilməsi bütün digər blokların yerləşdirilməsi kimi baş verir.