Blokların yerləşdirilməsi

Owblocks tətbiqinin “Blokları yerləşdir” səhifəsi artıq yaradılmış olan blokların saytın səhifələrinə yerləşdirilməsi üçündür. 



My default image



Blokları yerləşdir səhifəsinin imkanları:

Səhifələr və səhifə qrupları

“Blokları yerləşdir” səhifəsinin sol tərəfində sayta mövcud olan səhifələrin və səhifə qruplarının siyahısını görürük. Blokun hansı səhifəyə yerləşdiləcəyini buradan seçmək lazımdır. Yuxarıdakı nümunədə:

  • Əsas - Owpages tətbiqində yaradılmış "Əsas" adlı və "əsas səhifə" növlü səhifədir

  • Sadə səhifə - Owpages tətbiqində yaradılan bütün sadə səhifə növlü  səhifələri bildirən səhifə qrupudur. 

  • Mətnlər - Owtext tətbiqində yaradılan bütün mətnləri bildirən səhifə qrupudur. 

  • Sadə səhifə - Owtext tətbiqində yaradılan bütün bölmələri bildirən səhifə qrupudur. 

  • Formalar - Owforms tətbiqində yaradılan bütün formaları bildirən səhifə qrupudur. 

  • Menyu - Owpages tətbiqində yaradılmış “Menyu” adlı “xüsusi səhifə” növlü səhifədir.

  • Owtext - Owpages tətbiqində yaradılmış “Owtext” adlı “xüsusi səhifə” növlü səhifədir.

 

Bloku səhifəyə yerləşdirəndə blok saytda yalnız o səhifənin həmin hissəsində görünür, səhifə qrupuna yerləşdirdikdə isə bloku bu qrupa aid bütün səhifələrdə həmin hissədə görmək olar.



Səhifə strukturu lövhəsi

“Blokları yerləşdir” səhifəsinin mərkəzində özündə saytın səhifəsinin strukturunu əks edən lövhə yerləşir. Lövhəyə diqqətlə nəzər yetirsək onun saytın kontentsiz və dizaynsız strukturunu təkrarladığını görərik. Blokun saytın səhifəsinin hansı hissəsində əks olunacağı burada, bloku lövhəyə sürüşdürərək çəkib yerləşdirilməklə təyin edilir. Lövhədə səhifə üç əsas horizontal hissəyə bölünür:

  • Başlıq hissəsi. Başlıq hissə 3 horizontal hissəyə, mərkəzi hissə isə 3 vertikal hissəyə bölünmüşdür. Logo, adətən, Başlıq hissəsinin ən solunda, Menyu isə ən sağ hissəsində yer alır. Bir çox Məzmunlarda Başlıq hissəsinin ən alt horizontal hissəsinə Slaydşou yerləşdirdikdə o, saytın başlığında arxa planda görsənir, və Logo ilə Menyu bu slayderin z indeksi ilə tam üzərində əks olunur.

  • Kontent hissəsi. Başlıq ilə Alt hissənin arasında olan, səhifənin mərkəzi hissəsidir. Bu hissə 3 vertikal hissəyə bölünmüşdür. Sol və sağ hissələr saytda səhifənin sol və sağ tərəflərini təyin edirlər. Mərkəzi hissə isə kontent hissəsinə cavabdehdir. Mərkəz hissə özü də 3 horizontal hissəyə bölünür. Ən mərkəzi sahədə səhifənin öz kontenti - içərisi təyin olunur. Məsələn, əgər siz Owpages tətbiqində yaratmış olduğunuz bir səhifəyə blok yerləşdirirsinizsə, Owpages-da Geniş imkanlı mətn sahəsində yazdıqlarınız məhz buraya təyin olunur.

  • Alt hissə (footer). Buraya adətən saytın alt menyusu yerləşdirilir



Qırmızı rəngdə olan sahələrə blok yerləşdirmək mümkün deyil. Adətən onlar saytda istifadə olunan məzmunun yerləşdirilməsinə imkan olmayan hissəsidir və ya səhifənin daxili hissəsidir, hansına ki yalnız səhifəyə cavabdeh olan tətbiqdən müdaxilə etmək olar.

Bir hissəyə bir neçə blok yerləşdirmək olar. Blokları yerləşdirilmiş olan sahədə tutub sürütməklə sıralarını dəyişmək olar. Bloku yerləşdirilmiş hissədən çıxarmaq üçün üzərindəki qırmızı x simvolunu basmaq və dəyişikliyi Yadda Saxlamaq kifayət edir. Bundan sonra blok “yerləşdirilməmiş bloklar” siyahısına keçir.

 

Yerləşdirilməmiş bloklar

“Blokları yerləşdir” səhifəsinin sağ tərəfində yerləşdirilməmiş bloklar siyahısı var. Bloku lövhəyə yerləşdirmək üçün bloku mouse ilə tutub sürüdərək lövhədə istədiyiniz hissəyə gətirməniz kifayət edir.



Dəyişiklikləri etdikdən sonra "Yadda saxla" düyməsini basmaq mütləqdir.