"Bölmə kartları" vasitəsilə yaratdığınız bölmələrə müxtəlif dizaynlar verə bilərsiniz:
"Blokun adı:" hissəsində yaradacağınız blokun adını qeyd edirsiniz.
"Bölmə:" hissəsində yaratdığınız və dizayn vermək istədiyiniz bölməni seçirsiniz.
"Dizayn:" hissəsi vasitəsilə bölmənizə müxtəlif görünüşlər, fərqli dizaynlar verə bilərsiniz.
"Say:" hissəsində qeyd etdiyiniz rəqəmlə blokunuzda yerləşəcək mətnlərin sayını qeyd edirsiniz.
"Mətnlər:" hissəsindən "Sonuncu" bəndini seçməklə son əlavə etdiyiniz mətnləri, "Təsadüfi" bəndini seçməklə isə ixtiyari seçilmiş mətnləri göstərə bilərsiniz.
"Keçidlər" hissəsindəki "Tətbiq olunsun" düyməsini işarələyərək "Bölmə kartları"ndakı mətnlərə keçid tətbiq edə bilərsiniz.
"Bölmə kartı"nın görünməyini istəyirsinizsə, "Status:" hissəsində "Göstər" düyməsini işarələmək lazımdır.
"Bölmə başlığı:" və "Bölmə İzahı:" hissəsində "Göstərilsin" düyməsini işarələrəyərək bölmənizin başlıq və izah hissəsinin göstərilməsini təmin edə bilərsiniz.
"Arxa fon:" hissəsində "Şəkil seç" düyməsi vasitəsilə bölmənizin arxa fonuna şəkil yerləşdirə bilərsiniz.
Bütün əməliyyatları yerinə yetiridkdən sonra "Əlavə et" düyməsinə basaraq blokunuzu əlavə edə bilərsiniz.