Slaydşou yaradılışı

Owblocks tətbiqində sistemə yüklədiyiniz şəkillərlə slayderlər yaratmaq mümkündür. Slayder, adətən, səhifələrin yuxarı hissələrində yerləşən irihəcmli şəkillər toplusudur.

 

Slayder yaratmaq üçün aşağıdakı addımları etmək lazımdır:

 

1. Saytınızın admin panelinə daxil olun:

My default image

 

2. Owblocks tətbiqinə daxil olun:

 undefined



3. Açılan “Bloklar” səhifəsində “Yarat” düyməsini sıxın.

undefined




4. Açılan səhifədə Owphoto kateqoriyasındakı Slaydşou seçimini edin.

undefined

 

5. Slayderə şəkil yükləmək üçün aşağıdakı şəkildə göstərilən “+” işarəsinə basın.

undefined



6. “+” işarəsini basdığınız zaman avtomatik arxa fonsuz, şəkilsiz, yalnız mətndən ibarət slayd yaratmış olacaqsınız. Yəni, sistemdə sizə şəkilli və şəkilsiz slaydlar yaratmaq imkanı verilir. undefined

 

7. Slaydınızın yalnız mətndən ibarət olmasını istəyirsinizsə, “Slayder üzərindəki mətn” ifadəsinə klikləyin və açılan genişimkanlı mətn sahəsində mətni dəyişin. İstədiyiniz mətni yazandan sonra sağ yuxarı küncdəki “Hazırdır” düyməsinə klikləməyi unutmayın.

Başlıq hissəsində slaydşouya ad təyin edə bilərsiz. 

Status hissəsində isə slayderin saytda aktiv-qeyri-aktiv olmasını, başqa sözlə, yerləşdirdikdən sonra saytda görünüb-görünməməsini tənzimləyə bilərsiniz.

My default image

 

8. Şəkilli slayder yaratmaq istəyirsinizsə, sağ yuxarı hissədəki “Fon əlavə et” düyməsinə klikləyin.

undefined

 

9. Açılan pəncərədən istədiyiniz şəkli yükləyin və seçin. Vacib qeyd : yüklədiyiniz şəklin en ölçüsü ən az 1200 piksel olmalıdır. Bu ölçü ilə saytda şəklin keyfiyyəti ilə bağlı problem yaşamayacaqsınız.

 

undefined

 

10. Şəkli yükləyib seçdikdən sonra slayderin ilkin formasını görəcəksiniz. 

undefined

 

11. Şəklin üzərinə istədiyiniz mətni “Slayderin üzərindəki mətn” ifadəsini dəyişməklə yaza bilərsiniz. İfadəyə klikləyəndə genişimkanlı mətn sahəsi açılır. Burada mətnin ölçüsünü, rəngini, arxa fon rəngini, qalın, kursiv və altı xəttlə yazılmasını, mətnin sağa, sola və ya mərkəzə fokuslanmasını və s. təyin edə bilərsiniz. Mətni bitirdikdən sonra “Hazırdır” düyməsinə basmağı unutmayın. 

undefined

 

12. Əgər slaydşouya daha bir şəkil əlavə etmək istəyirsinizsə, aşağıdakı şəkildə göstərilən “+” düyməsinə basın.

 

undefined

 

13. Yeni əlavə olunan slayd əvvəlki slaydın sağında yer alacaq. undefined

 

14. Slaydların yerini istədiyiniz zaman dəyişə bilərsiniz. Bunun üçün slaydı tutub sağa-sola sürüşdürmək (drag&drop) kifayətdir. Yeni slaydı da eyni qaydada istər yalnız mətndən ibarət, istərsə də şəkilli yarada bilərsiniz.

 

My default image

 

15. Slaydşounun yuxarı hissəsində adını təyin edə biləcəyiniz “Başlıq” sətri və aktivlik və ya qeyri-aktivlik statusunu, başqa sözlə, saytda görünüb-görünməməsini müəyyən etmək üçün xüsusi hissə var. Bu göstəriciləri sizə lazım olan kimi tənzimləyin.undefined

 

15. Slaydşounu hazır edəndən sonra “Əlavə et” düyməsinə basmağı yaddan çıxarmayın. Basdıqdan sonra “Blok müvəffəqiyyətlə yaradıldı” bildirişi çıxacaq.

undefined