Blokların redaktə olunması

Owblocks tətbiqinin “Redaktə et” səhifəsi tətbiqdə artıq yaradılmış olan blokların siyahısına nəzarət etmək, onların üzərində dəyişiklər etmək, onları duplikatlaşdırmaq və silmək üçündür.

My default image 


 

Redaktə et səhifəsinin imkanları:

Yaradılmış bloklar bu səhifədə cədvəl formatında göstərilir. Cədvəlin sütunlarından bəziləri informativ xarakter daşıyır, bəziləri isə əməliyyatlar aparmaq üçün istifadə olunur.

 

  • “Adı” sütünunda yaradılmış blokların adları göstərilir. Adlar keçid formatındadırlar. Blokun adına basaraq siz avtomatik bu blokun redaktə edilmə səhifəsinə keçə bilərsiniz. Bəzi blokları yaratdıqdan sonra redaktə etmək mümkün deyil. Məsələn, yuxarıdaki nümunədə:
    • 8-ci sətrdəki "sistemde yaradilan saytlar" adlı blok Owtext tətbiqi ilə inteqrasiya nəticəsində Bölmə kartları növü üzrə yaradılıb. "Bölmə kartları" bloklarını sonradan redaktə etmək mümkün olmadığı üçün, blokun adı yalnız yazı olaraq əks olunur və bu blokun redaktə edilmə səhifəsinə keçid mümkün deyil.
  • "Tip" sütununda yaradılmış blokun növü göstərilir.
  • "Tətbiq" sütununda blokun hansı tətbiq ilə inteqrasiya əsasında yaradılmış olması göstərilir
  • "Yerləşdirilməsi" sütununda blokun saytın hansı səhifəsinə yerləşdirilmiş olması göstərilir.
    Burada Səhifənin aid olduğu tətbiq və material göstərilir. Məsələn, yuxarıdaki nümunədə:
    • 3 nömrəli Menyu bloku Owtext tətbiqində yaradılmış bütün Mətn materiallarının səhifələrində əks olunur;
    • 1-ci və 2-ci sətrlərdəki Menyu adlı bloklar hazırda saytın heç bir səhifəsində əks olunmurlar;
    • 7-ci sətrdəki "video" adlı blok Owpages tətbiqində yaradılmış saytın "Əsas" səhifəsində əks olunur;
    • 8-ci sətrdəki "sistemde yaradilan saytlar" adlı blok saytın heç bir səhifəsinə yerləşdirilməyib.
  • My default image ikonu ilə adlandırılmış olan duplikatlaşdırmaq sütünu sizə mövcud blokun nüsxəsini çıxarmaq imkanı verir. Beləliklə, siz həmin bloku 2-ci dəfə təkrarən yaratmaq yerinə, blokun nüsxəsini yaradıb, onu saytın başqa bir səhifəsinə və hissəsinə yerləşdirə bilərsiniz. Nüsxələnmiş blokun öncəki blokdan heç bir asılılığı yoxdur. Odur ki, siz blokun daxilini də redaktə etdikdə bloklar fərqli olmağa davam edəcəklər.
  • "Status" sütununda blokun aktiv və ya deaktiv olduğu göstərilir.
    • ✓ işarəsi blokun göstərilmək üçün aktiv olmasına işarədir.
    • x  işarəsi blok hətta saytın hər-hansı səhifədə yerləşdirilmiş olsa da, sayta baxarkən onun gizli qalmasını bildirir.
  • "Sil" sütununda siz silmək istədiyiniz blokun sətrində seçim edirsiniz, sonra isə sütunun ən başında olan qırmızı  "Sil" düyməsinə basırsınız.






Qeyd: Bölmə kartları bloku tip olaraq “informer” adlanır. Bölmə kartları redaktə olunmur.