Blokların duplikatlaşdırılması

Duplikatlaşdırmaq istənilən bir obyektin eynisini yaratmaq, başqa sözlə, kopyasını çıxarmaq deməkdir. Sistemdə siz istənilən blokun istədiyiniz qədər kopyasını çıxara bilərsiniz və müxtəlif səhifələrdə yerləşdirə bilərsiniz. Aşağıdakı izahedici şəkillərdə nümunə Menyu bloku üzərindən aparılıb.

 

Blokların kopyasını çıxarmaq üçün aşağıdakı addımları etmək lazımdır:



1. Owblocks tətbiqinin "Bloklar" sahəsinə daxil olun. 

My default image



2. Aşağıdakı şəkildə göstərdiyimiz ikona klikləyin. 

My default image



Duplikat sayı sizin onların neçə tərkib hissədə (əsas, sadə və xüsusi səhifələr; mətnlər, bölmələr, formalar) yerləşdirmək istəyinizdən asılıdır. Nümunə olaraq aşağıdakı şəkildə 7 ədəd duplikat çıxarılıb. Duplikatları hələ saytınızda yerləşdirmədiyiniz üçün “yerləşdirilib - xeyr“ yazısını görürsünüz.

My default image



3. Duplikatları yerləşdirmək üçün  “Owblocks” tətbiqinin “Blokları yerləşdir“ sahəsinə daxil olun. Yaratdığınız duplikatları pəncərənin sağ tərəfində görəcəksiniz.

My default image



4. Hər duplikatı saytın istədiyiniz tərkib hissəsinə bir-bir əlavə edib, yadda saxlamaq lazımdır. Daha aydın olması üçün aşağıdakı şəkillərdə prosesin bir hissəsini göstərmişik. Solda hansı tərkib hissədə olduğumuza və sağda azalan blok sayına diqqət edin.

My default image

“Yadda Saxla” düyməsinə basmağı unutmayın.

 

My default image

“Yadda Saxla” düyməsinə basmağı unutmayın.


Qeyd : Əgər blokun saytın bütün tərkib hissələrində eyni hissədə görünməsini istəyirsinizsə, sol tərəfdə Bütün Səhifələr seçimini edin və bloku istədiyiniz sahə
yə yerləşdirin. Bununla duplikatlaşdırmağa ehtiyac qalmayacaq. Məsələn, əgər menyu yaradıb Bütün Səhifələrdə sağ yuxarı hissədə yerləşdirsəniz, menyu saytın bütün tərkib hissələrində sağ yuxarı hissədə görünəcək.