Brendblokun yaradılması

Loqo şirkət/firma məhsullarının brend olaraq tanınması üçün yaradılır və adətən, şəkil, simvol, ikon, bəzən isə tekstdən ibarət olur. Saytınızda şirkətin loqosunu yerləşdirmək üçün ilk öncə onu blok formasında yaratmaq lazımdır.

 

Saytınıza loqo yükləmək üçün aşağıdakı addımları etmək lazımdır:

 

1. Saytınızın admin panelinə daxil olun:

My default image



2. Panelin aşağı hissəsində yerləşən tətbiqlər rəfindən “Owblocks” tətbiqinə daxil olun.

My default image



3. Açılan “Bloklar” səhifəsində “Yarat” düyməsini sıxın.

My default image



4. “Ümumi” bloklar sahəsindən “Brendblok”u seçin.

My default image



5. Açılan pəncərədə “şəkil seç” sətrində loqonuzu yükləyin. Yanında isə saytınızın adını qeyd edin.

My default image

My default image





  • “Ölçü” menyusu ilə loqonuzun saytda böyük və ya kiçik ölçüdə görünməsini müəyyən edə bilərsiniz.

 

  • Status menyunun aktivliyi ilə bağlıdır. Menyunun saytda görünməsi üçün “göstər”, əks hal üçün “gizlət” seçimini edin.

 

  • Əməliyyat bitdikdən sonra “Əlavə et” düyməsini basmağı unutmayın.