Google Xəritə blokunun yaradılması

Saytınızda şirkət/firmanızın yerləşdiyi ünvanı qeyd etmək önəmlidir. Müştərilərin sizi daha tez və rahat tapması üçün ünvanı Google Xəritənin vasitəsilə yerləşdirmək məsləhətdir.

 

Google xəritəni yaratmaq üçün aşağıdakı addımları etmək lazımdır:

1. Saytınızın admin panelinə daxil olun:

My default image



2. Panelin aşağı hissəsində yerləşən tətbiqlər rəfindən “Owblocks” tətbiqinə daxil olun.

My default image



3. Açılan “Bloklar” səhifəsində “Yarat” düyməsini sıxın.

My default image




4. “Ümumi” bloklar sahəsindən “Google Xəritə”ni seçin.

My default image



5. Açılan pəncərənin “Başlıq” sətrində ünvanın saytınızda hansı adla görsənəcəyini müəyyən etmək üçündür. Aşağıdakı 2-ci şəkildə nümunə olaraq sadəcə “Ünvan” yazılıb.

My default image




6. İframe bir səhifənin içərisinə fərqli bir internet səhifəsini çağırıb, görüntüləmənizə kömək edən html etiketidir. Yəni, saytda görünməsi üçün siz ikinci sətirdə ünvanınızın Google Xəritədəki iframe kodunu yazmalısınız. Bunun üçün:

 

  • Google Xəritəyə daxil olun.

My default image

 

  • Axtarış hissəsində öz şirkətinizi/firmanızın adını yazın.

My default image

 

  • “Paylaş” (Share) ikonuna klikləyin.

My default image



  • Açılan pəncərənin “embed a map” hissəsinə daxil olun.

My default image

 

  • Gördüyünüz html linki “Copy HTML” düyməsinə basaraq kopyalayın. Aşağıda “Kopyalandı” (Copied to clipboard) bildirişi çıxacaq.

My default image



7. Panelə qayıdıb, kopyaladığınız linki “iframe kodu” sətrinə yapışdırın.

My default image



8. Ünvanın saytda görünməsi üçün “Status” sətrində “Göstər”, əks hal üçün “Gizlət” seçimini edin.

My default image



9. Əməliyyat bitdikdən sonra “Əlavə et” düyməsinə klikləyin.

My default image

 

Google Xəritə Blokunun sayta yerləşdirilməsi bütün digər blokların yerləşdirilməsi kimi baş verir.