Bloklar səhifəsi

Owblocks tətbiqinin “Bloklar” səhifəsi tətbiqdə artıq yaradılmış olan blokların siyahısına nəzarət etmək, harada yerləşdiklərinə baxmaq, onların üzərində dəyişiklər etmək, dublikatlaşdırmaq və silmək üçündür.

 

My default image



Bloklar səhifəsinin imkanları:

Yaradılmış bloklar bu səhifədə elə blok formasında görə bilərsiniz. Hər blokun içərisində həmin blokun xüsusiyyətləri qeyd olunur. Onların bəziləri informativ xarakter daşıyır, bəziləri isə əməliyyatlar aparmaq üçün istifadə oluna bilər.

 

  • Blokun üst hissəsində blokun hansı tətbiq ilə əlaqədə olduğunu bildirən ikon, blokun nömrəsi və adı görsənir. Adlar keçid formatındadırlar. Blokun adına basaraq siz avtomatik bu blokun redaktə edilmə səhifəsinə keçə bilərsiniz. 

  • Tip  yaradılmış blokun vünü göstərir.

  • Yerləşdirilib: blokun saytın hansısa səhifəsinə yerləşdirilib-yerləşdirilməməsini göstərir. Əgər yerləşdirilibsə, blokun hansı tətbiqin hansı materialının səhifəsində yerləşdirildiyi yazılır. Yerləşdirilməyibsə, yerləşdirilib: xeyr yazısını görəcəksiniz.

 

    • yaşıl ✓ işarəsi blokun göstərilmək üçün aktiv olmasına işarədir

    • boz x  işarəsi blok saytın hər-hansı səhifədə yerləşdirilmiş olsa da, sayta baxarkən onun gizli qalmasını bildirir.

 

Məsələn, yuxarıdakı şəkildə

    • 36 nömrəli Menyu bloku Owpages tətbiqində yaradılmış Əsas səhifədə əks olunur.

    • 33 nömrəli Təlimatlar bloku Owpages tətbiqində yaradılmış bütün Sadə Səhifə təyinatlı səhifələrdə görsənir.

    • 32 nömrəli adsız Brendblokun statusu “Gizlət” olduğu üçün hal-hazırda saytda yerləşdirildiyi materialda görünmür.

    • 37 nömrəli Menyu bloku saytın heç bir səhifəsinə yerləşdirilməyib.

  • My default image ikonu bloku duplikatlaşdırmaq, başqa sözlə nüsxəsini və ya kopyasını çıxarmaq üçündür.  Beləliklə, siz həmin bloku 2-ci dəfə təkrarən yaratmaq yerinə, blokun nüsxəsini yaradıb, onu saytın başqa bir səhifəsinə və hissəsinə yerləşdirə bilərsiniz. Nüsxələnmiş blokun original blokdan heç bir asılılığı yoxdur. Odur ki, siz original blokun daxilini redaktə etdikdə belə bloklar fərqli olmağa davam edəcəklər.

  • My default imageikonu bloku silmək üçündür. İkona kliklədiyiniz zaman silinməni təsdiqləyəcək pəncərə açılacaq.