Forma yaradılışı

 

Ziyarətçilərin sizinlə birbaşa sayt vasitəsilə əlaqəyə keçməsi, suallarını ünvanlaması; saytınıza abunəlik, sorğu, anket və s. tipli əməliyyatlar üçün sistemdə forma yaratmaq imkanı vardır. 



Sistemdə forma yaratmaq üçün aşağıdakı addımları etmək lazımdır: 

(nümunə olaraq, aşağıdakı şəkillərdə əlaqə məqsədli forma yaradılmışdır)

 

1. Saytınızın admin panelinə daxil olun:

My default image



2. Owforms tətbiqinə daxil olun:

My default image



3. Daxil olduğunuz zaman aşağıdakı pəncərə açılacaq:

My default image



4. Pəncərənin sol tərəfində yerləşən “Forma yarat” sahəsinə daxil olun:

My default image



5. Açılan pəncərədə ilk sətirdə formanın adını daxil etməlisiniz:

My default image



6. “Mətn” sahəsində formanın məqsədini qısa şəkildə izah edə, həmçinin başqa istədiyiniz qeydləri əlavə edə bilərsiniz:

My default image



7. Aktivlik statusunda  “Göstər” seçimini edin:

My default image



8. Sistem sizə formanın saytda açıldığı səhifənin linkini tənzimləmə imkanı verir. “Forma üçün nəzərdə tutulmuş link” sətrinə istədiyiniz linki daxil edin:

My default image



9. Növbəti sətirdə formanın təsdiqetmə düyməsinin üzərində olmasını istədiyiniz mətni yazın:

My default image



10. Sonuncu sətirdə isə ziyarətçi formanı düzgün doldurduğu halda qarşılaşacağı mətni müəyyənləşdirin:

My default image



11. Ziyarətçinin formada qeyd etməsini istədiyiniz elementləri formaya “Sahə əlavə etmək”lə soruşa bilərsiniz.

My default image



12. “Sahə əlavə et” düyməsinə basdıqda sahənin adının qeyd olunması və tipinin müəyyən edilməsi üçün müvafiq sətirlər görünür.My default image 

 

Məsələn, ziyarətçinin email ünvanını yazmalı olduğu sahənin adına “Email ünvanınızı daxil edin” yaza və sahənin tipi üçün “email” seçimini edə bilərsiniz.

My default image



13. Məqsədinizdən və istəyinizdən asılı olaraq formaya daha bir neçə sahə əlavə etmək mümkündür. Məsələn, ziyarətçinin hər-hansısa sözü, söz birləşməsini, kiçikhəcmli və ya irihəcmli mətn yazmalı olduğu sahələr əlavə edə bilərsiniz. Aşağıdakı şəkillərdə nümunələr göstərilmişdir.

My default image

 

14. Doldurulmuş forma nəticələrinin email-nizə gəlməsini istəyirsinizsə, “Məktubları email ünvanına göndər” sahəsində email-nizi qeyd edin.

My default image

 

15. Əməliyyat bitdikdən sonra “Yadda saxla”mağı unutmayın. Yadda saxladıqdan sonra “Forma müvəffəqiyyətlə əlavə olundu!” bildirişi çıxacaqdır.

My default image



15. Formanın saytda necə göründüyünə baxmaq istəyirsinizsə:

 

  • “Formalar” sahəsinə daxil olun.

  • Açılan pəncərədə yaratdığınız formanı tapın.

  • “Saytda bax” sütununda yerləşən “Bax” keçidin ə basın.



16. Nümunəvi olaraq yaratdığımız formanın saytdakı nəticəsi:

My default image

Forma yaratdıqdan sonra Owblocks tətbiqində Forma bloku yaradaraq 2 fərqli dizaynda saytın istənilən hissəsinə yerləşdirə bilərsiniz.