Formalar səhifəsi

Bu sahədən yaratdığınız formaların siyahısına baxmaq, formalara lazım olduqda dəyişikliklər etmək və s. məqsədlər üçün istifadə edə bilərsiniz.

 

Formalar sahəsindən istifadə etmək üçün:

1. Saytınızın admin panelinə daxil olun:

My default image



2. Owforms tətbiqinə daxil olun:

My default image



3. Daxil olduğunuz zaman aşağıdakı pəncərə açılacaq:

My default image



4. “Formalar” sahəsinə daxil olun.

My default image

 

 

Açılan pəncərədə 5 ədəd sütun var.

 

  • “Adı” sütununda formanı yaradarkən qoyduğunuz ad əks olunur. Formanın adına klikləyib, açılan pəncərədə istədiyiniz dəyişikliyi edə bilərsiniz.

 

  • Hər formanın adının qarşısında “Saytda bax” sütunundakı “Bax” keçidi yerləşib. Bu keçidə klikləyərək formanın saytda necə göründüyünə baxa bilərsiniz.

 

  • “Baza” sütununda hər formanın öz datası yerləşir. Müvafiq keçidə daxil olaraq formanın doldurulması zamanı daxil edilən məlumatları görə bilərsiniz:

 

  • “Status” sütununda formanın saytdakı aktivlik statusunu bildirən ikonlar yerləşir. v - formanın aktiv olduğunu, x - isə deaktiv olduğunu bildirir.

 

  • Yaratdığınız formaları istədiyiniz zaman sonuncu sütundakı “sil” funksiyası ilə silə bilərsiniz. Eyni anda bir neçə formanı silmək mümkündür.