Səhifənin yaradılması

Owpages tətbiqinə daxil olduqdan sonra "Səhifə yarat" düyməsinə basmaqla saytınızda səhifə yaratmaq üçün müvafiq forma görəcəksiniz.

                                                    

  • Səhifənin başlığı sahəsi - səhifənin başlığının(adının) təyin edilməsi üçündür. Buraya yazılmış söz və ya söz birləşmələri saytınızda bu səhifənin daxilində ən üst hissədə, səhifəyə saytda baxarkən brauzer pəncərəsinin başlıq hissəsində və digər tətbiqlərdə Owpages materialları arasından seçim etdikdə görsənir.
  • Səhifənin daxili sahəsi - Saytınızın bu səhifəsinin daxilində geniş imkanlı mətn sahəsində yazdıqlarınız görsənəcəkdir.

My default image  

  • Status sahəsində səhifənin aktivliyi təyin olunur. Əgər səhifə üzərində işləriniz tamamlanmayıbsa, səhifənin statusunu "Gizlət" seçib, səhifənin redaktəsini tamamladıqdan sonra "Göstər" seçərək onu aktiv etmək olar. 
  • Səhifənin təyinatı - Burada səhifənin, bir növ, tipini və həmin tipə müvafiq olaraq hansı məqsədlə yaradıldığını seçirsiniz. Bir neçə səhifə təyinatı mövcuddur. Bəzi təyinatlar yalnız bir səhifəyə təyin oluna bildiyi üçün yeni səhifə yaratdıqda istifadə olunmuş və yalnız bir səhifə üzərində istifadə oluna bilən seçimlər gizli qalır:
      • Əsas səhifə - Bu təyinatlı səhifə saytda domen üzrə daxil olduqda açılacaqdır. Belə səhifələr bəzən  "Əsas səhifə", bəzən isə "Ana səhifə" adlandırılır və saytın Əsas səhifəsi saytın izləyicisini qarşılayan üzlük xarakteri daşıyır.
      • Səhifə mövcud deyil səhifəsi. Bəzən istifadəçi sayta səhv yönləndirilmiş ola bilər. Sayta mövcud olmayan bir link üzrə daxil olduqda görəcəyi səhifənin necə görünəcəyini bu təyinatda yaradılmış bir səhifə ilə müəyyənləşdirə bilərsiniz. Adətən belə səhifələrdə "Səhifə aşkar olunmadı","Səhifə tapılmadı", "404 Səhv" tipli ismarıclar yer alır.
      • Saytın xəritəsi. Bu təyinat istifadəçinin saytın bütün vacib səhifələrinə bir səhifədən keçə bilməsi üçün nəzərdə tutulub. Faktiki olaraq Saytın xəritəsi bir növ geniş və tam naviqasiya funksiyasını daşıyır.
      • Hazırlanma səhifəsi. Saytınız Deaktiv olduqda izləyicilərin sayta daxil olarkən necə bir kontent ilə qarşılaşacağını müəyyən etmək üçün istifadə olunan səhifə bu təyinatda olmalıdır. Sayt deaktiv olduqda yalnız bu səhifə  izlənməyə açıq qalır.
      • Sadə səhifə - Bu təyinatlı səhifələr sistemdə ümumi bir "Sadə səhifə" qrupuna təyin olunurlar. Və digər tətbiqlərdən bu səhifə qrupuna aid hər-hansı əlavələr olduqda dəyişiklik bütün bu təyinatlı səhifələrdə öz əksini tapır. Məsələn, Owblocks tətbiqində bu səhifə qrupuna "Menyu bloku” yerləşdirdikdə, blok bütün "Sadə səhifə" təyinatlı səhifələrdə görsənəcəkdir
      • Xüsusi səhifə - "Sadə səhifə" tipindən fərqli olaraq bu tipdə yaradılmış səhifələrin hər-birinə ayrı-ayrılıqda xüsusi əlavələr etmək olar. Məsələn, Owblocks tətbiqində bir xüsusi səhifəyə blok yerləşdikdə blok yalnız həmin səhifədə görsənəcəkdir.
      • Keçid sahəsində səhifəyə hansı keçid üzrə daxil olunacağı təyin olunur. Məsələn, əgər sizin saytınızın domeni  https://owbike.com-dırsa bu səhifənin https://owbike.com/sehife ünvanı ilə açılması üçün sahəyə "sehife" yazmalısınız.

                                                        My default image   

Formanı tam doldurduqdan sonra "Yadda saxla" düyməsini basmalısınız.