Səhifələrin silinməsi

Owpages tətbiqinə daxil olduqda sol tərəfdə yaratdığınız səhifələrin siyahısı yerləşir.

 

Səhifələrin adlarının yanında qırmızı “x” işarəsi var. Silmək istədiyiniz səhifənin yanındakı həmin işarəyə basaraq səhifəni silə bilərsiniz.

undefined  

Qeydlər :

  • Silinən səhifəni bərpa etmək mümkün deyil.
  • Səhifəni sildiyinizdə o səhifədə yerləşdirdiyiniz bloklar silinmir. Həmin blokların yerləşməsi Owblocks tətbiqində “yerləşdirilməyib” kimi qeyd olunur.
  • Bəzi səhifə təyinatları var ki, o təyinatlarda yalnız 1 səhifə yaratmaq mümkündür : Əsas, Səhifə mövcud deyil, Saytın xəritəsi, Hazırlanma səhifəsi. Yəni, qeyd olunan təyinatlarda 1 səhifə yaradandan sonra yeni səhifə yaradan zaman artıq həmin səhifə təyinatı seçimlər arasında görünmür. Lakin əgər bu təyinatların hər hansı birində olan səhifə silinərsə, yeni səhifə yaradarkən seçimlər arasında həmin təyinat yenidən görsənəcəkdir.  
  • Silinən səhifənin linkinə daxil olan zaman ziyarətçi “404” xəta ilə qarşılaşa bilər. Səhifə yaradarkən "Səhifə mövcud deyil" təyinatını seçməklə Sistemdə “404” xətalı səhifələrin necə görünəcəyini də özünüz müəyyənləşdirə bilərsiniz.