Sol hissədə yerləşə Səhifələr siyahısında seçim etdikdən sonra həmin səhifənin redaktə edilmə forması açılır.
-
Səhifənin başlığı - səhifənin adının təyin edilməsi üçündür. Buraya yazılmış söz və ya söz birləşmələri saytınızda bu səhifənin daxilində ən üst hissədə, səhifəyə saytda baxarkən brauzer pəncərəsinin başlıq hissəsində və digər tətbiqlərdə Owpages materialları arasından seçim etdikdə görsənir.
-
Səhifənin daxili sahəsində Saytınızın bu səhifəsinin daxili geniş imkanlı mətn sahəsi vasitəsi ilə təyin olunur.
-
Status sahəsində səhifənin aktivliyini təyin olunur. Əgər səhifə üzərində işləriniz tamamlanmayıbsa səhifənin statusunu "Gizlət" seçib, səhifəni Redaktə edərək tamamladıqdan sonra "Göstər" seçərək onu aktiv etmək olar.
-
Səhifənin təyinatı - Burada səhifənin aid olduğu tipi seçə bilərsiniz. Bir neçə səhifə tipi mövcuddur. Bəzi tiplər yalnız bir səhifəyə təyin oluna bilir; yəni, həmin tip səhifədən 1 dəfə yaratdıqdan sonra, növbəti dəfə səhifə yaradıldığı zaman tip seçimləri arasında həmin tip görsənməyəcək.
-
Əsas səhifə. Tip olaraq bu seçim ilə qeyd olunanda səhifə saytda domen üzrə daxil olduqda açılacaqdır. Belə səhifələrə bəzən "Əsas səhifə", bəzən isə "Ana səhifə" adlandırılır və saytın Əsas səhifəsi saytın izləyicisini qarşılayan üzlük xarakteri daşıyır.
-
Səhifə mövcud deyil səhifəsi. Bəzən istifadəçi sayta səhv yönləndirilmiş ola bilər. Sayta mövcud olmayan bir link üzrə daxil olduqda görəcəyi səhifənin necə görünəcəyini bu tipdə yaradılmış bir səhifə ilə təyin edə bilərsiniz. Adətən belə səhifələrdə "Səhifə aşkar olunmadı","Səhifə tapılmadı", "404 Səhv" tipli ismarıclar yer alır.
-
Saytın xəritəsi. Bu tipdə səhifə istifadəçinin saytın bütün vacib səhifələrinə bir səhifədən keçə bilməsi üçün nəzərdə tutulub. Faktiki olaraq Saytın xəritəsi bir növ geniş və tam naviqasiya funksiyasını daşıyır.
-
Hazırlanma səhifəsi. Saytınız Deaktiv olduqda izləyicilərin sayta daxil olarkən necə bir kontent ilə qarşılanacağını təyin etmək üçün istifadə olunan səhifəyə bu tip təyin olunmalıdır. Sayt deaktiv olduqda yalnız bu səhifə izlənməyə açıq qalır.
-
Sadə səhifə. Bu tip üzrə təyin olunmuş səhifələr sistemdə ümumi bir "Sadə səhifə" qrupuna təyin olunurlar. Və digər tətbiqlərdən bu səhifə qrupuna aid hər-hansı əlavələr olduqda dəyişiklik bütün bu tip ilə təyin olunmuş səhifələrdə öz əksini tapır. Məsələn, Owblocks tətbiqində bu səhifə qrupuna "Menyu bloku” yerləşdirdikdə, blok bütün "Sadə səhifə" tipli səhifələrdə görsənəcəkdir.
-
Xüsusi səhifə. "Sadə səhifə" tipindən fərqli olaraq bu tipdə yaradılmış səhifələrin hər-birinə ayrı-ayrılıqda xüsusi əlavələr etmək olar. Məsələn, Owblocks tətbiqində bir xüsusi səhifəyə blok yerləşdikdə blok yalnız həmin səhifədə görsənəcəkdir.
-
Keçid sahəsində səhifəyə hansı keçid üzrə daxil olunacağı təyin olunur. Məsələn, əgər sizin saytınızın domeni https://owbike.com-dırsa bu səhifənin https://owbike.com/sehife ünvanı ilə açılması üçün sahəyə "sehife" yazmalısınız.
Qeyd : Bəzi təyinatlı səhifələrə keçid təyin etmək mümkün deyil.
Redaktə üzrə əməliyyatları bitirdikdən sonra "Yadda saxla" düyməsini basmalısınız.