Owphoto tətbiqində sistemə yüklədiyiniz şəkilləri fərqli-fərqli albomlarda birləşdirərək, bir-birindən fərqləndirə bilərsiniz. Məsələn, Əsas səhifədə yerləşdirdiyiniz şəkilləri “Əsas” albomunda, slayderdə istifadə etdiyiniz şəkilləri “Slayder” albomunda yerləşdirə bilərsiniz.
Pəncərənin ümumi izahı
Yuxarı sətirdə albomların aktivlik statusunu təyin etmək üçün 2 seçim var : Aktiv və Qeyri-aktiv. İçərisində olan şəkillər saytda hazırda istifadə olunan albomlar Aktiv, olunmayanlar isə Qeyri-aktiv hesab olunur.
Fotoalbom yaratmaq üçün pəncərənin sağ aşağı hissəsində “Yenisini düzəlt” düyməsinə basın. “Yeni albom” siz düyməyə basdığınız anda yaranacaq. Albomu seçərək adını, aktivliyini dəyişə və ya silə bilərsiniz. Hər hansı dəyişiklik etdiyiniz zaman Yadda saxlamağı unutmayın.