Mətn kontenti yazmamışdan öncə onu yerləşdirəcəyiniz bölmələri yaratmalısınız.
Sistemdə bölmə yaratmaq üçün aşağıdakı addımları etmək lazımdır:
1. Saytınızın admin panelinə daxil olun:
2. Owtext tətbiqinə daxil olun:
Daxil olan kimi tətbiq haqqında ümumi məlumat yazılmış pəncərə açılacaq:
3. “Bölmə yarat” sahəsinə daxil olun:
4. Açılan pəncərədə ilk sətirdə bölmənin adını yazmalısınız. Adı yazarkən bölmənin daxilində yerləşdirəcəyiniz mətnlərin məzmunu ağlınızda tutun və həmin məzmunu ümumiləşdirəcək bir ad fikirləşin. Məsələn, yaratdığınız bölmə “Xidmətlərimiz”, içərisində yazacağınız mətnlər isə “Xarici dil kursu”, “Fənn hazırlığı” və s. ola bilər.
5. “İzah” hissəsində bölmənin məzmununu mümkün qədər izah edən mətn yazılmalıdır. Aşağıdakı şəkildə nümunə göstərilmişdir:
6. “Şəkil” sətrində bölmənin məzmunu izah edən şəkil yerləşdirmək lazımdır. Bunun üçün “şəkil seç” düyməsinə basıb, artıq sistemdə olan şəkillərdən birini seçə, və ya yeni şəkil yükləyə bilərsiniz. Saytda bölmənin həm tekstlə izahı, həm də yüklədiyiniz şəkil görsənəcəkdir:
7. Saytınızda yaratmış olduğunuz bölməyə daxil olunan zaman onun hansı link ilə açılacağını “Keçid” sətri ilə tənzimləyə bilərsiniz:
8. Bölmənin saytda aktiv şəkildə görsənməsi üçün “Status” sətrində “Göstər” seçimini edin. Sonda “Əlavə et” seçimini etməyi unutmayın.
9.Əməliyyat bitdikdən sonra “Blok müvəffəqiyyətlə əlavə olundu!” bildirişi çıxacaqdır.
10. Yaratdığınız bölmələrin siyahısını “Bölmələr” sahəsində görə bilərsiniz.