Profil

Saytınızın Admin panelində təhlükəsiz giriş/çıxış imkanı, hesab məlumatları, əlaqə vasitəsi və s. üçün Profil sistemi mövcuddur. Profil məlumatları ilə tanış olmaq və ya məlumatlara dəyişiklik etmək üçün 

 

1. Admin paneldə Funksional menyuda “Panel” bəndindən “Profil” pəncərəsini açmalısınız.

My default image

 

2. Aşağıdakı pəncərə ilə qarşılaşacaqsınlız.

My default image

 

Profildə əks olunan məlumatlar:

Hesab məlumatları 

  • Email - Admin panelə daxil olmaq üçün və sayt barədə bildirişlər almaq üçün istifadə olunur. Emailin dəyişdirilməsi barədə öyrən.

  • Şifrə - Admin panelə daxil olmaq üçün istifadə olunur. Şifrənin dəyişdirilməsi barədə öyrən.

 

Şəxsi məlumatlar

  • Ad - Balans artırılması zamanı virtual qəbzlərin tərtibatında istifadə olunur. Email bildirişlərdə düzgün müraciət üçün istifadə olunur.

  • Soyad - Balans artırılması zamanı virtual qəbzlərin tərtibatında istifadə olunur. Email bildirişlərdə düzgün müraciət üçün istifadə olunur.

  • Telefon - Ekstremal hal baş verdikdə Owbike əməkdəşları sizinlə burada qeyd olunan nömrə vasitəsi ilə əlaqə saxlayacaqlar.

  • Hazırki şifrəniz - Hazırda giriş üçün istifadə elədiyiniz şifrə. Profil pəncərəsində hər hansı məlumatı yenilədikdə dəyişikliklərin yadda saxlanılması üçün hazırki şifrəni daxil etməlisiniz.

 

Profildə hər-hansı məlumatı dəyişmək üçün:

  1. Həmin sətirdəki 🖉 (qələm) işarəsini sıxırsınız.

  2. Həmin sətirdə yaranmış sahəyə yeni məlumatı daxil edirsiniz.

  3. Ən aşağıda yerləşən “Hazırki şifrəniz” sahəsinə hazırda istifadə olunan şifrəni daxil edirsiniz.

  4. Yadda saxla düyməsini sıxırsınız.