Owpages tətbiqi saytınızda səhifələr yaratmaq və onları idarə etmək üçündür. Yaradılmış səhifələrə növündən asılı olaraq sonradan Owblocks vasitəsi ilə bloklar yerləşdirmək mümkündür. Tətbiqin imkanları sırasında həmçinin səhifənin link hissəsini - yəni saytda həmin səhifəyə hansı ünvan ilə keçid oluna biləcəyini təyin etmək imkanı da var.
Owpages tətbiqindən istifadə
Owpages tətbiqindən istifadə etmək üçün siz öncədən heç bir tarifə keçməli deyilsiniz; Owpages bütün tariflərdə istifadəyə açıqdır və heç bir səhifə sayı limiti yoxdur.
Owpages tətbiqinə daxil olmaq üçün:
Owpages tətbiqi admin panelin sol tərəfindəki rəfdə yerləşir.
Tətbiqin əsas səhifəsində sol tərəfdə tətbiqin adı, yaradılmış səhifələrin siyahısı yerləşir. Siyahıda adlar keçidlidir, üzərinə basdığınız zaman həmin səhifəni redaktə etmək üçün pəncərə açılır. Sağ tərəfdə isə Səhifə yaratmaq üçün olan pəncərəyə keçid düyməsi və tətbiqin qısa izahı əks olunur.
Tətbiqin imkanları
Səhifələrin yaradılışı
Tətbiqdə bir çox səhifə növü yaratmaq mümkündür
Səhifələrin redaktə edilməsi
İstədiyiniz səhifəni istədiyiniz zaman redaktə edə bilərsiniz
Səhifələrin silinməsi
İstədiyiniz səhifəni istədiyiniz zaman silə bilərsiniz