Şəkillər saytınızın həm kontenti, həm də dizaynı üçün önəmli multimedia vasitəsidir. Siz şəkillərinizi səhifələrə, bölmələrə, mətnlərə əlavə edə, eləcə də, onlarla slaydşou yarada bilərsiniz. Sistemdəki şəkillər Owphoto tətbiqi ilə idarə olunur.
Sistemə şəkil yükləmək üçün aşağıdakı addımları etmək lazımdır:
1. Saytınızın admin panelinə daxil olun.
2. Panelin sol hissəsində yerləşən tətbiqlər rəfindən “Owphoto” tətbiqinə daxil olun.
3. Birbaşa “Şəkillər” səhifəsi açılacaq. Burada sistemin özündə olan bir neçə şəkil və bütün yüklədiyiniz, yerləşdirdiyiniz şəkillər görünür.
4. Aşağı sağ küncdə yerləşən “Yüklə” düyməsinə klikləyin.
5. İstədiyiniz şəkli seçib yükləyin.
Pəncərənin ümumi izahı:
-
Şəkillərin üzərinə kliklədiyiniz zaman aşağıda həmin şəkil barədə qısa məlumat sətri çıxır; burada şəklin statusu, hansı albomda olduğu və “sil” seçimi yerləşir. Status şəklin aktiv yoxsa deaktiv olduğunu göstərir. Şəklin deaktiv olması hələ istifadə olunmadığını bildirir. Müvafiq seçimi etməklə şəklin statusunu istənilən vaxt dəyişə bilərsiniz.
-
Üst hissədəki sətirdə “Status” menyusuna əsasən isə, aktiv və qeyri-aktiv kimi seçdiyiniz şəkilləri ayrı-ayrılıqda görə bilərsiniz.
-
Əlavə olaraq, siz şəkillərə yerləşdikləri albomlara müvafiq olaraq baxa bilərsiniz. Bunun üçün, üst hissədəki sətirdə yerləşən “Albomlar” menyusundan lazım olan albomu seçmək lazımdır.