Yaratdığınız bölmələrin siyahısına baxmaq, onları redaktə etmək və silmək üçün Owtext tətbiqinin bu sahəsindən istifadə edə bilərsiniz.
Bölmələr sahəsində 4 sütun var:
-
1-ci sütunda yaratdığınız bölmələri adları ilə alt-alta düzülmüş şəkildə görəcəksiniz. Bölmənin adına klikləyib, açılan pəncərədə istədiyiniz dəyişikliyi edə bilərsiniz.
-
2-ci sütunda bölmələrin tərkibində olan mətn sayını görəcəksiniz.
-
“Status” sütununda formanın saytdakı aktivlik statusunu bildirən ikonlar yerləşir. v - formanın aktiv olduğunu, x - isə deaktiv olduğunu bildirir.
-
Yaratdığınız bölmələri istədiyiniz zaman sonuncu sütundakı “sil” funksiyası ilə silə bilərsiniz. Eyni anda bir neçə bölməni silmək mümkündür.
Qeyd: Mövcud bölmələrlə sistemdə müxtəlif dizaynlı “bölmə kartları” yarada bilərsiniz.