Mətn yaradılışı

Bölmə yaratdıqdan sonra artıq mətn yaratmağa başlayıb, onları müvafiq bölmələrə əlavə edə bilərsiniz. Yazdığınız mətnlər məqalə-bloq tipli, məlumat xarakterli ve s. kimi istənilən növdə ola bilər.

Sistemdə mətn yaratmaq üçün aşağıdakı addımları etmək lazımdır:

 

1. Saytınızın admin panelinə daxil olun:

My default image






2. Owtext tətbiqinə daxil olun:

My default image



3. Daxil olan kimi tətbiq haqqında ümumi məlumat yazılmış pəncərə açılacaq:

My default image




4. “Mətn əlavə et” sahəsinə daxil olun:

My default image



5. İlk sətirdə mətnin adını qeyd etməlisiniz:

My default image



6. “Bölmə” menyusunda mətnin hansı bölmənin daxilində olmasını istəyirsinizsə, o bölməni seçin.

My default image



7. "Qısa mətn" sahəsi geniş imkanlı mətn sahəsidir. Bu sahəni yazdığınız mətnin ön sözü olaraq düşünün. Burada, yazdığınız mətnin məzmununu izah edən 1-2 cümlə, oxucunu oxumağa həvəsləndirən ifadələr yaza bilərsiniz. Saytınızda yazdığınız qısa mətnə klikləndiyi zaman mətn tam formada açılacaq. 

My default image



8. Mətnin özü, əsas hissəsi isə “Tam mətn” sahəsində yazılmalıdır. Bu sahə də geniş imkanlı mətn sahəsidir. “Qısa mətn”ə klikləndiyi zaman oxucunun görəcəyi mətn məhz bu sahədə yazdığınız mətndir. 

My default image



9. “Tarix” sətrində mətni yaratdığınız tarix əks olunacaq. Lakin tarixi lazım olanda dəyişmək də mümkündür. Nəzərə alın ki, format gün/ay/il tipindədir.

My default image



10. Mətnlə işiniz tamamlandısa və saytda görünmək üçün hazırdırsa, Status sətrində “Göstər” seçimini edin.

My default image



11. Yüklədiyiniz şəkil Bölmə kartlarının bəzi dizaynlarında və mətnin aid olduğu bölmənin səhifəsində mətnin yanında əks olunur.



12. Əməliyyat bitdikdən sonra “Əlavə et” düyməsinə basın.