Yaratdığınız mətnlərin siyahısına baxmaq, onları redaktə etmək və silmək üçün Owtext tətbiqinin bu sahəsindən istifadə edə bilərsiniz.
Mətnlər sahəsində 4 sütun var:
-
1-ci sütunda yaratdığınız mətnləri adları ilə alt-alta düzülmüş şəkildə görəcəksiniz. Mətn başlıqlarının qarşısındakı “Saytda bax” düyməsinə klikləməklə həmin mətnin saytda necə göründüyünə baxa bilərsiniz. Mətnin adına klikləyib, açılan pəncərədə istədiyiniz dəyişikliyi edə bilərsiniz.
-
2-ci sütunda müvafiq mətnin hansı bölmədə yerləşdiyi görsənir.
-
“Status” sütununda formanın saytdakı aktivlik statusunu bildirən ikonlar yerləşir. v - formanın aktiv olduğunu, x - isə deaktiv olduğunu bildirir.
-
Yaratdığınız mətnləri istədiyiniz zaman sonuncu sütundakı “sil” funksiyası ilə silə bilərsiniz. Eyni anda bir neçə mətni silmək mümkündür.