Saytın aktiv/deaktiv edilməsi

Saytınızın izlənməyə açıq olması üçün aktiv rejimdə olması mütləqdir. Bəzən saytda əsaslı dəyişikliklər etmək üçün isə onu yenidənqurma rejiminə keçirmək lazım gələ bilər.

 

Saytınızın aktivlik statusunu dəyişmək üçün aşağıdakı addımları etmək lazımdır:

 

 

 

1. Saytınızın admin panelinə daxil olun:

My default image 

 

 

2. Yuxarı sol küncdə yerləşən Funksional menyunun “Sayt” bəndindən “Tənzimləmələr” pəncərəsini açın.

 My default image 

 

 

3. Pəncərənin ən aşağı hissəsindəki “Aktivlik” sətrində saytınızı aktiv və ya yenidənqurma rejiminə keçirə bilərsiniz. Statusu seçdikdən sonra "Yadda saxla" düyməsini basmağı unutmayın. Statusu istədiyiniz zaman dəyişmək mümkündür.

My default image  

 

 

 

Qeydlər:

Müvafiq tarif üzrə aylıq ödəniş gec baş verdikdə sayt avtomatik olaraq yenidənqurma rejiminə keçir. Ödənişi etdikdən sonra saytı yenidən özünüz aktiv rejimə keçirməlisiniz.